İtaliyanın "Yuventus" klubundan ayrılan futbolçu Danilonun yeni klubu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, braziliyalı müdafiəçi azad agent statusu ilə ölkəsinin "Flamenqo" klubuna keçib. 33 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanılıb.

Danilo 2019 - 2025-ci illərdə "Yuventus"un şərəfini qoruyub. O, Turin klubunun kapitani idi.

Qeyd edək ki, "Flamenqo" daha öncə "Qarabağ"ın futbolçusu Olaviyo Juninyonu da heyətinə qatıb.