"Mançester Siti" İngiltərə Superkuboku matçında "Mançester Yunayted"i məğlub edib.

Teleqraf.com xəbər verir ki, kubokun qalibi penalti atışları ilə məlum olub.

Belə ki, oyunun əsas vaxtı ı 1:1 hesabı ilə başa çatıb. Oyunun 2-ci dəqiqədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Alejandro Qarnaço hesabı açsa da, rəqib oyunçu 7 dəqiqə sonra Bernardo Silva bərabərliyi bərpa edib.

Penaltilər seriyası 7:6 hesabı ilə başa çatıb. Həlledici zərbəni “M. Siti”nin futbolçusu Manuel Akanji qoyub.

Bununla da, “Mançester Siti” İngiltərə Superkubokunun qalibi olub.