İspaniya "Barselona"sı futbolçusu Samuel Umtiti ilə vidalaşmaq istəyir.

Teleqraf.com xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi ötən mövsümün sonunda fransalı müdafiəçiyə onu transferə çıxarmaq istədiklərini bildirib.

Lakin 28 yaşlı oyunçu 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandada qalmağı planlaşdırır. Hələlik tərəflər bu məsələdə razılığa gələ bilmirlər.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.