"İran hakimiyyəti türklərin tələblərini nəzərə almalıdır, əks təqdirdə daha ciddi fəsadlar ola bilər".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz Feysbuk profilində yazıb.
O bildirib ki, əgər Tehran qonşuları olan İraq və Suriya bataqlığına yuvarlanmaq istəmirsə, azərbaycanlıların problemlərinin həllini sürətləndirməlidir:
“Təbriz, Ərdəbil və digər şəhərlərdə İran dövlət televiziyasında azərbaycanlıların alçaldılmasına qarşı etiraz yürüşləri bir müddət sonra səngiyəcək. Necə ki, 2006-cı ildə azərbaycanlıları aşağılayan karikaturaya qarşı etiraz dalğası az sonra səngimişdi. Ancaq bu etirazlar yaddaşlarda həkk olunur və gələcəkdə daha böyük qığılcıma və xalq hərəkatına şərait yaradacaq. Əgər Tehran qonşuları olan İraq və Suriya bataqlığına yuvarlanmaq istəmirsə, azərbaycanlıların problemlərinin həllini sürətləndirməlidir. Dünya qloballaşıb, xəbərləşmənin qarşısını almaq mümkün deyil, təcrid siyasəti işə yaramır. O biri tərəfdən də nüvə məsələsinə görə, İrana qarşı Qərbin sanksiyalarının ortadan qaldırılması bu ölkədə dəyişiklik tələb edənlərin sayını çoxaldacaq”.