BAKI, 1 may. TELEQRAF

Gənc nəsil bu gün ədalət, özünü təyinetmə və dekolonizasiya məsələlərinə yeni perspektivlər gətirir.

Teleqraf xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumunun iştirakçısı Çahal Akaşdip Sinqh bildirib.

Ç.A.Sinqh bir çox dövlət quruluşunun və mövcud sərhədlərin süni şəkildə, xalqların tarixi kimliyi nəzərə alınmadan kolonial maraqlar çərçivəsində cızıldığını diqqətə çatdırıb:

"Hindistan belə konstruksiyalardan biridir. O, müstəmləkə idarəçilik çərçivələrinin davamı üzərində mövcuddur ki, bu da bir çox icmalar, o cümlədən siqhlər üçün siyasi kimliyin sıxışdırılması ilə nəticələnib. Gənclərin gücləndirilməsi yalnız mövcud sistem daxilində iştirak demək deyil, həm də öz ənənəvi strukturlarımıza və suverenliyimizə sadiq qalmaq imkanıdır".