Bu gün Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Teleqraf xəbər verir ki, Düşənbədə keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 3 cüdoçusu tatamiyə çıxacaq.
Kişilər arasında 60 kq çəki dərəcəsində Murad Muradlı mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi Yan Motoli Bonqambe (Fransa) – Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi olacaq.
66 kq çəki dərəcəsində isə iki Azərbaycan təmsilçisi çıxış edəcək. Nizami İmranov 1/8 finalda Qazaxıstanlı Yerdaulet Bozşa ilə qarşılaşacaq. İslam Rəhimov isə digər Qazaxıstan cüdoçusu Nursultan Zayzaqaliyevlə üz-üzə gələcək.