BAKI, 1 may. TELEQRAF

Bakının Səbail rayonunda “Rossmann” mağazasından oğurluq edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Akif Vəliyev (ad-soyad şərti verilib – red.) Səbail rayonunda yerləşən “Rossmann” mağazasından 1 ədəd “Hugo Boss” ətrini götürüb və mağaza rəhbərliyinə 159 manat ziyan vurub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Vəliyevin barəsində 180 saat ictimai iş təyin olunub.