BAKI, 1 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın oğulları Erik və Donald Jr. Qazaxıstandakı volfram yataqları ilə əlaqəli şirkətin ortaq sahibləri olub.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Tramp qardaşları 2025-ci ilin avqust ayında “Skyline Builders” şirkətində pay əldə ediblər. Şirkət “Cove Capital”la əlaqəli “Kaz Resources” şirkətində 20 faiz pay alıb. “Kaz Resources” və Cove”nin “Kaz Capital” törəmə şirkəti daha sonra “Skyline” ilə birləşdirilib.
ABŞ-nin İxrac-İdxal Bankı və DFC Qazaxıstanda volfram mədənçiliyini dəstəkləmək üçün 1,6 milyard dollarlıq krediti təsdiqləyib.
“Cove Kaz Capital” layihələrdə nəzarət payı (70 faiz) alıb.