BAKI, 1 may. TELEQRAF

“İranın Ali rəhbəri Müctəba Xamenei tam sağlam vəziyyətdədir, dövlət işlərinin idarə olunması ilə məşğuldur, həmçinin yerdəki durum və ABŞ ilə danışıqlar prosesini yönəldir”.

Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin müavini Möhsün Qomi deyib.

“Düşmən Müctəbxa Xameneinin səhhəti ilə bağlı şayiələr yayaraq, reaksiyalar yaratmağa və bundan öz planlarını həyata keçirmək üçün istifadə etməyə çalışır. Allah onu şiələr üçün dayaq kimi qorudu”, - o bildirib.