BAKI, 1 may. TELEQRAF
Artıq WUF13 üçün 150 ölkədən 25 minə yaxın şəxs qeydiyyatdan keçib.
Teleqraf xəbər verir ki, bunu bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq səviyyədə də quruculuq işləri ilə tanınır.
"Belə qlobal tədbirlər sadəcə təşkilatçılıqla ölçülmür, məlumatların cəmiyyətə düzgün çatdırılması da önəmlidir. Burada peşəkar medianın böyük rolu var. Əminəm ki, media peşəkar, düzgün şəkildə ictimaiyyəti məlumatlandıracaq və işə mühüm töhfə verəcək", - o vurğulayıb.