BAKI, 18 avqust. TELEQRAF

Bilgəh ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hadisə “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları şəxsi xilas ediblər.