GƏNCƏ, 13 avqust. TELEQRAF

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən Anar Sadıqovu vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, A.Sadıqovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.