AzTV ailəsinin gənc üzvü, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə bataraq həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət televizyası məlumat yayıb.

"İnformasiya Proqramları studiyasının prodüseri olan M. Məmmədli hər zaman gülərüz, məsuliyyətli və səmimi əməkdaş kimi yadımızda qalacaq. Ruhu şad olsun. AzTV ailəsi olaraq gənc əməkdaşımızın ailə üzvlərinə səbr diləyir, yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin".