BAKI, 12 avqust. TELEQRAF

YEVLAX, 12 avqust. TELEQRAF

Yevlaxda baş verən avtomobil qəzası zamanı iki nəfər ölüb, beş nəfər yaralanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yaralılardan 2-si Yevlax, 3-ü isə Mingəçevirdəki xəstəxanalara çatdırılıb.

***

20:37

Yevlaxda ağır yol qəzası olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.

İlkin məlumata görə, "Mercedes" və "Naz lifan" markalı maşınların toqquşması zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.