BAKI, 10 avqust. TELEQRAF

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) lisenziya olmadan özəl tibb (kosmetoloji) fəaliyyəti ilə məşğul olan fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızı barəsində Baş Prokurorluğa müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında fərdi sahibkarın fəaliyyət ünvanlarında (Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 və Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8) plandankənar yoxlamalar keçirilib. Yoxlamalar zamanı E.Canlının müvafiq lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən olunub.

Aşkar edilmiş hüquq pozuntuları ilə bağlı fərdi sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 08.05.2025-ci il (MN 2156869), 22.12.2025-ci il (MN 2406895) və 20.02.2026-cı il (MN 2407064) tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.

Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi bu ilin 13 mart tarixində Baş Prokurorluğa müraciət edilib.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib.

AEM əlavə olaraq bildirir ki, vətəndaşlar özəl tibb müəssisələrində və apteklərdə qanunsuz fəaliyyətlə bağlı "Bir pəncərə" sektoru, (012) 596 05 20 nömrəli Qaynar xətt, [email protected] e-poçtu və ya www.pharma.az rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.