BAKI, 3 avqust. TELEQRAF
Ucar rayonunun Bağırbəyli kəndi ərazisində qəsdən yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Teleqraf xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini T.Zülfüqarov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.