BAKI, 3 avqust. TELEQRAF

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb,məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.