LERİK, 30 iyul. TELEQRAF

Lerik rayonunda 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini, 59 yaşlı Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən təxminən 3 metr hündürlükdən çay daşlarının üzərinə yıxılıb.

O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.