BAKI, 4 iyul. TELEQRAF

Bakının Nərimanov rayonunda 64 yaşlı kişi inəyin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.

Teleqraf xəbər verir ki, hadisə Müzəffər Nərimanov küçəsində qeydə alınıb.

1962-ci il təvəllüdlü Füzuli İmamverdi oğlu Əliyev yaşadığı küçədə inəyin hücumuna məruz qalıb. Nəticədə o, burun və qol sümüyünün sınığı, həmçinin qapalı kəllə-beyin travması alıb.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb.

Həkimlərin verdiyi məlumata görə, F.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.