QAZAX, 2 iyul. TELEQRAF

Qazax rayonunun Bala Çaylı kəndində batan məktəbli sudan çıxarılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, yeniyetmə rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

19:06

Qazaxda məktəbli çayda batıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bala Çaylı ərazisindən keçən çayda baş verib.

İlkin ehtimala görə, batan şəxs 6-cı sinif şagirdidir. Hazırda onun axtarışları davam edir.