BAKI, 2 iyul. TELEQRAF
Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü xəsarət alıb.
Teleqraf xəbər verir ki, hadisə Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, 2009-cu il təvəllüdlü Rasim Samir oğlu Rəşidovun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobillə toqquşub.
Qəza nəticəsində yeniyetmə bədəninin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.