BAKI, 2 iyul. TELEQRAF

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1990-cı il təvəllüdlü Rüfət Yaqub oğlu Yaqublı yolu keçmək istəyərkən minik avtomobili onu vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.