BAKI, 2 iyul. TELEQRAF
Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, təxminən 1,5 yaşlı D. Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, D. Murquzova tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.