BAKI, 2 iyul. TELEQRAF

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Mirzə Abbaszadə küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil mopedlə toqquşub. Qəza nəticəsində 2010-cu il təvəllüdlü R. Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.