Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə "Telegram" hesabının dələduzlar tərəfindən ələ keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə partiya sədrinin özü sosial şəbəkə hesabında məlumat yayıb.
İqbal Ağazadənin sözlərinə görə, naməlum şəxslər onun "Telegram" nömrəsini ələ keçirərək kontakt siyahısında olan şəxslərə onun adından mesajlar göndərir və pul istəyirlər.
Sabiq deputat hüquq-mühafizə orqanlarına da müraciət edib.
İ.Ağazadə vətəndaşları onun adından göndərilən mesajlara inanmamağa və həmin kart hesablarına hər hansı vəsait köçürməməyə çağırıb.
Qeyd edək ki, İ.Ağazadənin "Telegram" hesabı vasitəsilə aldadılan şəxslər arasında jurnalist Ləman Ələşrəfqızı da var. Özünü İ.Ağazadə kimi təqdim edən dələduzlar xəstəxanaya düşdüklərini və pula ehtiyacları olduqlarını deyərək jurnalistdən onlayn köçürmə yolu ilə 600 manata yaxın pul alıblar.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.