BAKI, 1 iyul. TELEQRAF
Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "birləşmiş məhəllələr" adlanan ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü İlqar Allahverdiyevin cansız bədəni yaşadığı evdə aşkarlanıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyitə ilkin baxış keçirilib və müvafiq prosessual tədbirlər həyata keçirilib.
Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib və hadisənin bütün təfərrüatları araşdırılır.