SAMUX, 1 iyul. TELEQRAF
Mingəçevir Su Anbarının Samux rayon hissəsindən keçən ərazidə batan 1992 ci il təvəllüdlü Vüsal Nəzərovun meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində Roman Mirzəyev və Şamil Sadıqov xəsarət alıblar. İlkin ehtimala görə, hadisə "MAZ" markalı avtomobilin aşması nəticəsində baş verib.
***
19:25
Samuxda "MAZ" avtomobilinin su anbarına aşması nəticəsində bir nəfər ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.
Ölən şəxsin meyitinin axtarışları davam edir.
Faktla bağlı araşdırma başlanılıb.