BAKI, 1 iyul. TELEQRAF

Ötən ay hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 330 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bundan başqa, ölkədən çıxışı qadağan edilmiş 825 nəfərin Azərbaycanı tərk etməsinin, ölkəyə girişi qadağan olunan 32 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.