BAKI, 1 iyul. TELEQRAF

Ötən ay qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 830 min 558 manat olan qanunsuz yüklər götürülüb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Aşkarlanan qaçaqmal arasında dərman vasitələri, spirtli içkilər və tütün məmulatları da yer alıb.