BAKI, 1 iyul. TELEQRAF

2026-cı ilin iyun ayı ərzində 229 kiloqram 974 qram narkotik vasitə və 9 200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq icmalında bildirilib.

Məlumata görə, onlardan 47 kiloqram 6 qram narkotik vasitə və 2 000 ədəd psixotrop həb 6 halda pilotsuz uçuş aparatı vasitəsilə ölkəyə keçirilməyə cəhd edilərkən ələ keçirilib.