BAKI, 1 iyul. TELEQRAF
Zabratda ölümlə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Samir Rzayev idarə etdiyi “Chevrolet” markalı maşını yol kənarında saxlayaraq avtomobildən düşüb.
O, mağazadan çörək almaq üçün əks tərəfə keçib. Geriyə yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən qayıdıb. Bu zaman onu avtomobil vurub.
***
10:58
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Teleqraf xəbər verir ki, hadisə Zabrat şossesində baş verib.
Yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 1963-cü il təvəllüdlü Rzayev Samir Əliməmməd oğlunu minik avtomobili vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.