BAKI, 1 iyul. TELEQRAF
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü F.Novruzova yaşadığı evdən çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onu hərəkətdə olan minik avtomobili vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan gənc qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.