BAKI, 30 iyun. TELEQRAF

Göyçayda polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv edilib.