BAKI, 30 iyun. TELEQRAF
Bakıda azyaşlı binadan yıxılıb.
Teleqraf xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 2018-ci il təvəllüdlü M.Mərdiyeva yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.
Nəticədə azyaşlı ağır xəsarətlər alıb. O, təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.