BAKI, 29 iyun. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də və 28-də ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox həşiş olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.