BAKI, 29 iyun. TELEQRAF

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan 23 nəfər tapılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.