BABƏK, 28 iyun. TELEQRAF

Babək rayonunda qəza baş verib, üç nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 21015" markalı avtomobillə 75-"NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.