GƏNCƏ, 28 iyun. TELEQRAF

Gəncə şəhərində avtomobilin maneəyə çırpılması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Vaqif və Müseyib Bağırov küçələrinin kəsişməsində baş verib.

Məlumata görə, "KİA" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində 1977-ci təvəllüdlü Rəşid Allahverdiyev hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata görə, sürücünün sükan arxasında ürəyi tutub və avtomobil idarəetmədən çıxıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.