BAKI, 17 iyun. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.