MİNGƏÇEVİR, 16 iyun. TELEQRAF
Mingəçevir şəhərində bıçaqlanma olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərin birində baş verib.
21 yaşlı Bayandur Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 20 yaşlı Mətləb Rzayevin ayağına bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.