BAKI, 15 iyun. TELEQRAF
Azərbaycanda ötən gün polisin keçirdiyi əməliyyat nəticəsində aşkar olunan narkotik vasitələrin miqdarı məlum olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirıiyinin Mətbuat xidmətindən bildirilib.
İyunun 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 670 kiloqram çəkidə 12880 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.