BAKI, 15 iyun. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 13-də və 14-də ümumi çəkisi 32,7 kiloqrama yaxın narkotik vasitə və 1807 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.