BAKI, 15 iyun. TELEQRAF

Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 8 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının iyunun 13-də və 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.