BAKI, 11 iyun. TELEQRAF

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.

Bundan başqa, Xətai rayonunda oğurluq evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyalar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək əməli törədib.