BAKI, 10 iyun. TELEQRAF

Araz çayının İmişli rayonundan keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Teleqraf xəbər verir ki, FHN-dən bildirilib ki, 11-ci sinif şagirdi Turan Mirağa oğlu Mirişli meyiti tapılıb.

Mirişli Turanın meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.