GƏNCƏ, 9 iyun. TELEQRAF

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu verir ki, insident Gəncə-Samux avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KIA" və "VAZ-2107" markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəza zamanı "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü Elməddin Məmmədov, həmçinin onun avtomobilində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.