BAKI, 9 iyun. TELEQRAF

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu basrədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.