BAKI, 9 iyun. TELEQRAF
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.