BAKI, 9 iyun. TELEQRAF
Azərbaycanda ötən gün polisin keçirdiyi əməliyyat nəticəsində aşkar olunan narkotik vasitələrin miqdarı məlum olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də ümumi çəkisi 67,4 kiloqrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Yabanı halda bitmiş 4000 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.