BAKI, 8 iyun. TELEQRAF

Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 9-da saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.